Bu il 95 uşaq övladlığa götürülüb
Tarix: 01-06-2022 10:04 | Bölmə: Cəmiyyət
Bu il 95 uşaq övladlığa götürülüb

Övladlığagötürmə üzrə idarəetməni 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Bu sahədə yeni idarəetmə modeli yaradılmaqla, xidmətlərin elektronlaşdırılması, şəffaf və çevik xidmətlər sisteminin qurulması təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin vaxtdan 124-ü oğlan, 119-u qız olmaqla 243 uşaq övladlığa götürülüb. O cümlədən bu ilin ötən dövründə 51-i oğlan, 44-ü qız olmaqla 95 uşaq övladlığa verilib.

Hazırda nazirlik valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüməsi və inkişafına şərait yaratmağı hədəfləyən “Himayədar ailə” modelinin tətbiqinə hazırlaşır. Bu sahədə də e-infrastruktur üzərində müasir və çevik, şəffaf idarəetmə və xidmətlər sistemi qurulur.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}