Bağçalarda işə qəbul üçün yeni qaydalar müəyyənləşib
Tarix: 01-06-2022 13:03 | Bölmə: Cəmiyyət
Bağçalarda işə qəbul üçün yeni qaydalar müəyyənləşib

Məktəbəqədər təhsildə metodist vəzifəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində məzmun sahələri və sual sayı müəyyənləşib.

Reyting.az
xəbər verir ki, metodist olmaq istəyənlər hüquqi savadlılıqdan 5 suala, pedaqoji prosesin təşkili və metodikası üzrə 20 suala, pedaqoji və psixoloji nəzəriyyələr üzrə isə 15 suala cavab verəcəklər.

Namizədlər metodistin vəzifə funksiyaları üzrə 20 suala cavab vermələri olacaqlar.

Bundan başqa, tərbiyəçi vəzifəsi üzrə hüquqi savadlılıq məzmun sahəsində 8 suala, pedoqoji prosesin təşkili sahəsi üzrə 20 suala, pedaqoji və psixoloji nəzəriyyələr üzrə 12 suala cavab verilməsi şərti qoyulub.

Bağçada işləmək istəyənlər inkişaf sahələri üzrə fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik baxımından 5, idrakın inkişafı üzrə 5, estetik və yaradıcı inkişaf üzrə 5, sosial-emosional inkişaf üzrə də 5 suala cavab verilməlidirlər.

Qaydalarla tanışlıq aşağıdakı linklərə daxil olmaqla mümkündür:

My Webpage
My Webpage




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}