Bakıda polis güllə yarasından həyatını itirib - Yenilənib
Tarix: 01-06-2022 13:14 | Bölmə: Cəmiyyət
Bakıda polis güllə yarasından həyatını itirib

Bakı-Sumqayıt yolunda intihar hadisəsi baş verib.

Məlumata görə, yolun Saray qəsəbəsindən keçən hissəsində 99 SM 907 dövlət nömrə nişanlı, "NİVA" markalı avtomobili idarə edən şəxs maşında özünə qəsd edib. Onun özünü silahla başından vurduğu bildirilir.(APA)

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

***

Daxili İşlər Nazirliyi isə bildirir ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

Polis əməkdaşı dərhal DİN-nin hospitalına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}