12:08 / 07-05-2025
Sabah yağış yağacaq
Sabahın hava proqnozu açıqlanıb
Tarix: 03-06-2022 12:58 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:08 Sabah yağış yağacaq