16:39 / 28-11-2024
Sabah qar yağacaq
QAT hüquq-mühafizə orqanlarına müraciət edib
Tarix: 03-06-2022 16:33 | Bölmə: Cəmiyyət
QAT hüquq-mühafizə orqanlarına müraciət edib

Gül Tekin adlı şəxs sosial şəbəkədə Azərbaycanı təhqir edir. Onun statusları Azərbaycanda narahatlığa səbəb olub. Qarabağ Azadlıq Təşkilatı (QAT) isə Azərbaycana qarşı düşmən təbliğatı aparan bu şəxsin kimliyini müəyyənləşdirib, cəzalandırılmasını tələb edir.

QAT bəyanatında qeyd olunur ki, Gül Tekin adı ilə yazan bu şəxs Azərbaycanın dövlət adamlarını, ictimai-siyasi xadimləri, o çümlədən, M. Ə. Rəsulzadəni, Ə. Elçibəyi təhqir edir, Azərbaycanın Qarabağdakı ədalətli qələbəsini qəbul etmək istəmir, faktiki olaraq işğalçı Ermənistanı, Qarabağdakı erməni quldur dəstələrini müdafiə edir.

QAT bəyan edir ki, "söküntü müstəqilliyi", "üçrəhli faşistlər" kimi təhqiramiz ifadələr işlədən Gül Tekin Sovet işğalı dövrünü, Azərbaycan SSR bayrağını təbliğ edir, millətçi ideologiyanın təmsilçilərini, "Bozqurd" işarəsini aşağılamaqdan çəkinmir.

QAT bu şəxsdən təhqiramiz hərəkətlərinə son qoymasını tələb edir. Eyni zamanda hüquq-mühafizə orqanlarından onun bu hərəkətlərinin araşdırılmasını, barəsində ölçü götürülməsini istəyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər