16:39 / 28-11-2024
Sabah qar yağacaq
İstintaqdan yayınan “ölmüş” direktor həbs edilib
Tarix: 04-06-2022 12:13 | Bölmə: Cəmiyyət
İstintaqdan yayınan “ölmüş” direktor həbs edilib

Azərbaycanda mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından özünü ölmüş kimi təqdim edən şirkət rəhbəri tutulub.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 2021-ci il noyabr ayının 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobil yanıb. R. Qəniyevin tam yanmış meyitinin tapılması ilə əlaqədar əməliyyat və istintaq tədbirləri həyata keçirilib. Məlum olub ki, R. Qəniyev direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığı üçün məsuliyyətdən yayınmağa çalışıb. Bu səbəbdən avtomobilə mənşəyi tam bilinməyən sümüklər qoyaraq onu qəsdən yandırıb və özünü ölmüş kimi qələmə verib.

R. Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər