16:39 / 28-11-2024
Sabah qar yağacaq
Rektorun səlahiyyətləri general Heydər Piriyevə tapşırılıb
Tarix: 04-06-2022 16:08 | Bölmə: Cəmiyyət
Rektorun səlahiyyətləri general Heydər Piriyevə tapşırılıb

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, bu vəzifəni professor, general-leytenant Heydər Piriyev icra edir.

Faktı Müdafiə Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.

Əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.

1959-cu il təvəllüdlü general-leytenant H. Piriyev isə Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər