İcbari sığorta üzrə tibbi xidmətlər artırılacaq
Tarix: 06-06-2022 11:42 | Bölmə: Cəmiyyət
İcbari sığorta üzrə tibbi xidmətlər artırılacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə dəyişiklik layihəsi hazırlanaraq aidiyyəti quruma təqdim olunub. Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi və ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.

Reyting.az
“Trend”ə istinadla xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildiriblər.

Qeyd edilib ki, yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir.

Bundan başqa, hazırda limit sayı 300 olan endoprotezləşdirmə əməliyyatının sayının 1200-ə qədər artırılması təklifi irəli sürülüb.

Yeni Xidmət Zərfi təsdiqləndikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:08 Sabah yağış yağacaq