11 saylı cəzaçəkmə müəssisəsində insident baş verib? - Açıqlama
Tarix: 07-06-2022 14:47 | Bölmə: Cəmiyyət
11 saylı cəzaçəkmə müəssisəsində insident baş verib?

Bakıda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində heç bir insident baş verməyib.

Reyting.az
xəbər verir ki, bunu Trend-ə açıqlamasında Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib.

O bildirib ki, yayılan məlumatlar tam yalandır.

"Hansısa sayt yalan məlumat yayıb. Biz həmin sayt rəhbəri ilə əlaqə saxlamışıq. O deyir ki, guya hansısa məhkum ona belə bir məlumat verib. Amma bu tam yanlışdır. 11 saylı cəzaçəkmə müəssisəsində heç bir insident olmayıb", - M. Sadıqov deyib.

Qeyd edək ki, bu gün KİV-də Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində insident baş verməsi ilə bağlı iddialar yayılıb. İddialara görə, baş verən insident zamanı yaralananlar da olub.




Bölməyə aid digər xəbərlər