Bakı Mühəndislik Universitetində iki ixtisasa qəbul dayandırılıb
Tarix: 07-06-2022 17:37 | Bölmə: Cəmiyyət
Bakı Mühəndislik Universitetində iki ixtisasa qəbul dayandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) növbəti tədris ili üçün iki ixtisasa qəbul dayandırılıb.

Universitetdən Reyting.az-a bildirilib ki, qəbul planı kadr və mütəxəssislərə olan tələbat nəzərə alınaraq hər il müvafiq dövlət qurumları tərəfindən təsdiqlənir.

Qeyd olunub ki, BMU-nun ingilis dilində tədris aparılan iqtisadiyyat və pedaqoji ixtisaslarına növbəti tədris ili üçün qəbul nəzərdə tutulmayıb:

"Tədrisi Azərbaycan dilində aparılan iqtisadiyyat, pedaqoji və digər bütün ixtisaslar üzrə qəbul planı isə əvvəlki illərdə olduğu kimi saxlanılıb".




Bölməyə aid digər xəbərlər