Bakı-Tbilisi təyyarəsi geri qayıtmaq məcburiyyətində qalıb
Tarix: 08-06-2022 00:08 | Bölmə: Cəmiyyət
Bakı-Tbilisi təyyarəsi geri qayıtmaq məcburiyyətində qalıb

“Buta Airways” aviaşirkətinin Bakı-Tbilisi marşrutu üzrə J2-9225 saylı reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ərazisində hava şəraitinin kəskin pisləşməsi (tufan) səbəbindən geri qayıtmaq qərarına gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra bu reysin sərnişinləri Tbilisiyə yola düşəcəklər.




Bölməyə aid digər xəbərlər