12 uşaq bağçasında nöqsanlar aşkarlanıb
Tarix: 08-06-2022 18:09 | Bölmə: Cəmiyyət
12 uşaq bağçasında nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir həftə ərzində keçirdiyi monitorinqlər zamanı 12 uşaq bağçasında nöqsanlar aşkarlayıb.

AQTA-nın məlumatına görə, monitorinqlər zamanı 12 bağçasında ümumilikdə 97 nöqsan aşkar edilib.

Monitorinqlər mayın 31-dən iyunun 3-dək müddətdə aparılıb.

Nöqsanlar aşkarlanmış bağçaların hər biri ilə bağlı inzibati tədbir görülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər