16:39 / 28-11-2024
Sabah qar yağacaq
Meymunçiçəyinin digər ölkələrə keçmə riski realdır
Tarix: 09-06-2022 08:44 | Bölmə: Cəmiyyət
Meymunçiçəyinin digər ölkələrə keçmə riski realdır

Meymunçiçəyinin qeyri-endemik ölkələrə keçmə riski realdır.

Reyting.az
xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Qebreyesusun sözlərinə görə, ÜST virusun həssas əhali qrupları, o cümlədən uşaqlar və hamilə qadınlar arasında yayılma risklərindən xüsusən narahatdır.

"Bəzi ölkələr indi açıq şəkildə cəmiyyətə yoluxma halları, o cümlədən bəziləri yoluxma hallarının qadınlarda aşkarlandığını bildirməyə başlayır", - ÜST rəhbəri əlavə edib.

Təşkilat rəhbəri bildirib ki, meymunçiçəyinə 29 ölkədə 1 000-dən çox yoluxma qeydə alınıb.

"Hazırda ÜST-də bu xəstəlik üçün 29 ölkədən endemik olmayan 1 000-dən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb. İndiyədək bu ölkələrdə bir dəfə də olsa, ölüm halı qeydə alınmayıb", - baş direktor bildirib.(Report)




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər