16:39 / 28-11-2024
Sabah qar yağacaq
Avropada vaksin sertifikatının müddəti uzadılır
Tarix: 14-06-2022 09:07 | Bölmə: Cəmiyyət
Avropada vaksin sertifikatının müddəti uzadılır

Avropa Parlamenti və Aİ-yə üzv ölkələr COVİD-19 əleyhinə vaksin sertifikatının müddətinin 2023-cü ilin iyununadək uzadılmasını qərara alıb.

“Figaro” xəbər verir ki, bu sənəd koronavirusun yeni ştamları ortaya çıxacağı təqdirdə Avropa vətəndaşlarının Şengen zonasında sərbəst hərəkətinə imkan verəcək.

Avropada peyvənd olunma, yaxud xəstəlikdən sağalmaya dair vahid sanitar sənəd haqqında qayda 1 iyul 2021-ci ildə tətbiq edilib. Qaydanın vaxtı 30 iyunda başa çatacaq. Avropa Komissiyası fevral ayında qaydanın vaxtını uzatmağı təklif edib.

Deputatlar bildiriblər ki, qitədə epidemioloji vəziyyət hər an dəyişə bilər. Lakin rəqəmli vahid COVİD-19 pasportu vətəndaşların sərbəst hərəkətinə imkan verəcək.(APA)




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər