16:39 / 28-11-2024
Sabah qar yağacaq
İsrailli həkimlər Bakıda 60-a yaxın uşağı müayinə edəcək
Tarix: 14-06-2022 10:18 | Bölmə: Cəmiyyət
İsrailli həkimlər Bakıda 60-a yaxın uşağı müayinə edəcək

İyunun 19-a qədər İsrailin pediatriya sahəsində qabaqcıl mütəxəssisləri Bakıda Bono Dea Beynəlxalq Xəstəxanasında müxtəlif xəstəliklərindən əziyyət çəkən uşaqları müayinədən keçirəcək.

Reyting.az
-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə aparılacaq müayinələrdən sonra müalicəyə ehtiyacı olan uşaqlar müalicə kurslarına cəlb olunacaqlar.

İsrail səfiri Corc Dik qeyd edib ki, 6 israilli mütəxəssis tərəfindən 60-a yaxın uşaq müayinədən keçiriləcək: “Müayinə zamanı uşaqlarda onkoloji, genetik, nevroloji, pulmanoloji və neyrocərrahi müayinələr aparılacaq. Ciddi müalicəyə ehtiyacı olan uşaqlar sonradan müalicəyə cəlb ediləcəklər. Müalicələrin bir hissəsinin də İsraildə aparılacaq”.

İsrailin ÜST-dəki təmsilçisi İzabella Karakas isə müayinə ilə yanaşı, bir sıra tədqiqatların da aparılacağını deyib: “Biz Azərbaycanda uşaq xəstəliklərinin nə üçün genişləndiyini araşdıracağıq. Xüsusilə hamiləlik dövründən başlayaraq xəstəlik tarixçələrini araşdıracağıq”.

İsrailli mütəxəssislər Azərbaycan Tibb Universitetində mühazirə oxuyublar.(APA)




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər