23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Təhsil naziri: “Məktəblərdə testlərin elektron keçirilməsini istərdik”
Tarix: 14-06-2022 11:11 | Bölmə: Cəmiyyət
Təhsil naziri: “Məktəblərdə testlərin elektron keçirilməsini istərdik”

“Bu tədris ili pandemiyadan sonra başlayan ilk tədris ilidir və tədris ili gec başlayıb. Məncə, bu doğru qərar idi. Bu təhsil sisteminin davamlılığını təmin etmək ən böyük uğur ola bilər”.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

E. Əmrullayev təhsil naziri olaraq, əsasən, müəllimlərə minnətdarlığını bildirib:

“Yeni tədris ilində məktəblərdə testlərin elektron vəziyyətdə keçirilməsini çox istərdik. Peşə təhsil formasının da inkişaf etməsinə çalışırıq. Məktəblərdə olan formalara gəldikdə isə, bu, tənzimləyici qaydadır. Hər bir məktəb bunu nəzərdə tutulmuş formalara əsasən müəyyən edir. Bu forma istiqamətində addım-addım irəliləyirik. Məqsədimiz şagirdlərin vahid forma altında birləşməsidir”.

E. Əmrullayev Əməkdar müəllimlərin, eyni zamanda, yaşı 60 və daha çox olanların sertifikasiyaya cəlb edilməsinin etiraza səbəb olmasına da münasibət bildirib.

Nazir deyib ki, yaşlı nəsildən olan müəllimlər məktəbdə dərs deyir və yaxud demək istəyirsə, sertifikasiyadan keçməlidir: “Bunlar dərs prinsipinin gündəminə uyğun olmalıdır. Mən inanıram ki, müəllimlər, xüsusən Əməkdar müəllimlər üçün bunun heç bir problemi yoxdur. Sertifikasiyadan kəsilən müəllim növbəti 1 il ərzində yenidən imtahan verə bilər. Sertifikasiya yenilik olsa da, bu, bütün dünyada var”.(APA)




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}