16:39 / 28-11-2024
Sabah qar yağacaq
Tibb işçiləri imtahan verəcək
Tarix: 14-06-2022 19:44 | Bölmə: Cəmiyyət
Tibb işçiləri imtahan verəcək

Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahan keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrlə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə imtahanların keçirilməsi təmin etmək tapşırılıb.

Bununla yanaşı, Səhiyyə Nazirliyinin Kadr məsələləri üzrə Komissiyasına da tapşırıq verilib.

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi Səhiyyə Nazirliyinin rəsmi internet saytında namizədlərin elektron ərizələrinin qəbulu üçün elektron xidmətin yaradılmasını təmin edəcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər