Savaş qartalı – Nəcəfov PUA-ların sirrini digərlərinə öyrədir - Fotolar
Tarix: 17-06-2022 11:15 | Bölmə: Cəmiyyət
Savaş qartalı – Nəcəfov PUA-ların sirrini digərlərinə öyrədir

Vətən müharibəsində adını şanlı tariximizə qızıl hərflərlə yazan qəhrəmanlarımızdan biri də baş leytenant Nəcəf Nəcəfovdur.

1995-ci il yanvar ayının 20-də Şərur rayonunun Çərçiboğan kəndində anadan olan Nəcəf Arazi oğlu Nəcəfov orta təhsilini doğma kəndində başa vurduqdan sonra kiçik yaşdan arzusunda olduğu hərbi litseyə qəbul olur.

Nəcəf Nəcəfov litseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyanın aviasiya bölümündə pilotsuz uçuş aparatının (PUA) öyrənilməsi və idarə olunası üzrə təhsilini uğurla davam etdirir. Onun peşəkarlığı, yüksək biliyi Ali Hərbi Akademiyada rəhbərlik tərəfindən tez bir vaxtda qiymətləndirilir. Komandanlıq Nəcəfi qardaş Türkiyə Hərbi Akademiyasının PUA üzrə xüsusi təlim bölməsinə göndərir. Gənc komandir artıq burada da xüsusi fərqlənir. O, Səlcuq Bayraktarın rəhbərliyi ilə keçirilən bütün seminarlarda, təlimlərdə fəallığı ilə seçilir.

Nəcəf Nəcəfov təhsilini başa vurduqdan sonra ölkəmizə qayıdır. Komandanlıq tərəfindən bölgələrimizin birində PUA-ların idarəçiliyi üzrə komandir təyin edilir.



Vətən müharibəsinin ilk günündən digər döyüş yoldaşları kimi Nəcəf də qəhrəmanlığı ilə seçilir, idarə etdiyi müasir döyüş taktikalarında yüksək peşəkarlığını sübuta yetirir. Düşmənin ən gizli hədəfləri belə dəqiqliklə aşkarlanır, hərbi texnikaları, ağır artilleriya qurğuları məhv edilir.

Vətən müharibəsində - Azərbaycanın haqq savaşında dünya hərb tarixində bir ilk yaşanırdı. Nəcəf kimi oğullarımızın sayəsində müasir hərbi texnikaların dəqiq hərəkəti düşmən ordusunda vahimə yaratmışdı. Əmrə tabe olmayan düşmən hərbiçilərin sayı minlərlə idi. Düşmən əsgərləri canlarını qurtarmaq üçün geriyə baxmadan qaçırdı.



Komandir Nəcəfov bu müqəddəs savaşda xüsusilə seçilirdi. Komandanlıq tərəfindən medallarla mükafatlandılırdı. Şanlı komandirimiz bu gün də, ordumuzda peşəkar hərbçilərin hazırlanmasında iştirak edir və hərbi xidmətini uğurla davam etdirir.





Sənan QACAR




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}