16:39 / 28-11-2024
Sabah qar yağacaq
Ombudsman: "Cinayətkarları ədalət məhkəməsi qarşısına çıxarmalıdır”
Tarix: 18-06-2022 13:01 | Bölmə: Cəmiyyət
Ombudsman: "Cinayətkarları ədalət məhkəməsi qarşısına çıxarmalıdır”

“Müasir dünyada insan, o cümlədən qadın hüquqlarının qorunması vacib məsələlərdən biridir. Bunlar dövlət siyasətinin əsas istiqamətlərindən birdir. Ombudsman təsisati müstəqil, insan hüquqlarını qoruyan bir institutdur”.

Bunu Ombudsman Səbinə Əliyeva IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusunda paneldə deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət 30 il ərzində Azərbaycanın üzləşdiyi problemləri kortəbii qəbul etmişdi, hətta səssiz qalmışdı:

“Mən bizim ölkəmizə qarşı, ətraf mühitin çirkləndirilməsinə dair bir sıra hesabatlar hazırlamışam. Hesab edirəm ki, beynəlxalq təsisatlar bunları ciddi şəkildə araşdırmalıdır və cinayətkarları ədalət məhkəməsi qarşısına çıxarmalıdır”.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər