16:39 / 28-11-2024
Sabah qar yağacaq
ASC-nin sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib
Tarix: 22-06-2022 10:10 | Bölmə: Cəmiyyət
ASC-nin sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

“Azərişıq” ASC-nin sabiq əməkdaşlarına cinayət işi açılıb.

Yevlax Rayon Prokurorluğunun məlumatına görə, “Azərişıq” ASC-nin Mingəçevir Mərkəzi “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin sabiq əməkdaşları Rəsul Abuşov və Rəfael Rəhimovun vətəndaşdan pul tələb edib almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaqla Rəsul Abuşov və Rəfael Rəhimov tərəfindən tamah məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə etməklə Yevlax rayon sakininin fərdi yaşayış evinə baxış keçirilərkən sayğacdankənar işıq xəttinə qoşulma müəyyən edilsə də, bununla bağlı akt tərtib olunmayıb. Bunun müqabilində vətəndaşdan rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

R. Abuşov və R. Rəhimova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər