BQXK-nın Azərbaycan Nümayəndəliyinə yeni rəhbər təyin olunub
Tarix: 22-06-2022 16:15 | Bölmə: Cəmiyyət
BQXK-nın Azərbaycan Nümayəndəliyinə yeni rəhbər təyin olunub

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub.

Reyting.az
xəbər verir ki, bu vəzifəyə xanım Draqana Kojiç təyinat alıb.

Qeyd olunub ki, o, bu postda səlahiyyətləri başa çatmaqda olan Arian Baueri əvəzləyib.

BQXK-nın Azərbaycan Nümayəndəliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, D.Kojiç hazırda qurumun Pakistandakı Nümayəndəliyinin rəhbəridir. O, avqustun 1-dən Azərbaycanda rəsmi şəkildə vəzifəsinin icrasına başlayacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}