Türkiyədə Qarabağ parkı açılacaq
Tarix: 27-06-2022 16:21 | Bölmə: Cəmiyyət
Türkiyədə Qarabağ parkı açılacaq

İyunun 30-da Türkiyənin Batman şəhərində Qarabağ parkı açılışı olacaq.

Türkiyə KİV-ləri xəbər verir ki, Azərbaycanın Qarabağ Zəfərinə həsr olunan parkın sahəsi 15 397 m² təşkil edir.

Azərbaycan mədəniyyətinin izlərini daşıyan parkın açılışında xalq artisti Azərin “Çırpınırdın, Qara dəniz” ifası ilə çıxış edəcək. Açılışa Batman bələdiyyəsi rəsmiləri və Azərbaycan nümayəndələri qatılacaq/Report.




Bölməyə aid digər xəbərlər