Bakının 3 rayonuna içməli su məhdudiyyətlə veriləcək - Səbəb
Tarix: 30-06-2022 09:43 | Bölmə: Cəmiyyət
Bakının 3 rayonuna içməli su məhdudiyyətlə veriləcək

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksəlib. Bu isə Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalının azalması ilə nəticələnib.

Reyting.az
xəbər verir ki, bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildirilib.

“Azərsu” diqqətə çatdırır ki, yaranmış vəziyyətlə əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC narahatlığa görə abonentlərdən üzr istəyir.




Bölməyə aid digər xəbərlər