Sabahın hava proqnozu açıqlanıb
Tarix: 12-07-2022 13:17 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

İyulun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-30° isti olacaq.




Bölməyə aid digər xəbərlər