16:39 / 28-11-2024
Sabah qar yağacaq
AXCP funksionerinin qızına təcavüzdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
Tarix: 13-07-2022 18:40 | Bölmə: Cəmiyyət
AXCP funksionerinin qızına təcavüzdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
Fuad Qəhrəmanlı

AXCP funksioneri Fuad Qəhrəmanlının qızına təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Əsgər Ağazadənin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Əsgər Ağazadə

Xatırladaq ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadə saxlanılıb. Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə yekun ittiham elan olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər