16:39 / 28-11-2024
Sabah qar yağacaq
Hüquqi Ekspertiza Mərkəzinə direktor təyin olunub
Tarix: 15-07-2022 10:40 | Bölmə: Cəmiyyət
Hüquqi Ekspertiza Mərkəzinə direktor təyin olunub

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə icraçı direktor təyin olunub.

Reyting.az
-ın məlumatına görə, Mərkəzin Müşahidə Şurası qərar ilə bu vəzifəyə Samir Mahmudov gətirilib.

Samir Mahmudov 1987-ci ildə anadan olub. 2009-ci ildə o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, 2013-cü ildə magistr pilləsini Konstitusiya hüququ ixtisaslaşması üzrə bitirib. 2015-2016-cı illərdə ABŞ-ın Nyu-York ştatında yerləşən Sirakuz Universitetinin Hüquq Kollecində hüquq üzrə magistratura pilləsində təhsilini davam etdirib.

Samir Mahmudov həqiqi hərbi xidmətini 2011-ci il başa vuraraq əmək fəaliyyətinə prokurorluq orqanlarında başlayıb. 2011-2013-cü illərdə Nizami Rayon Prokurorluğunda prokuror köməkçisi, 2013-2015-ci illərdə isə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində prokuror və böyük prokuror vəzifələrində fəaliyyət göstərib, eyni zamanda, Fransanın paytaxtı Paris şəhərində yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Korrupsiyaya qarşı mübarizə məsələləri üzrə ekspert qismində çalışıb.

ABŞ-dan qayıtdıqdan sonra Samir Mahmudov 2016-2021-ci illərdə OMNİ hüquq şirkətində hüquqşünas, böyük hüquqşünas və baş hüquqşünas vəzifələrində çalışaraq hüquqi xidmətlər göstərib. 2021-ci ilin iyul ayından yeni vəzifəyə təyin edilənə qədər “BONAFİDE” hüquq şirkətinin idarəedici partnyoru qismində çalışıb.

Samir Mahmudov 2018-ci ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin BDU-nun mülki hüquq kafedrasının və ADA Universitetinin müəllimidir.(APA)




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər