Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı apellyasiya müraciətləri araşdırılır
Tarix: 15-07-2022 11:23 | Bölmə: Cəmiyyət
Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı apellyasiya müraciətləri araşdırılır

Bu gündən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılıb.

Reyting.az
xəbər verir ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 11:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, ötən gün riyaziyyat, fiziki tərbiyə, alman dili və fransız dili fənni üzrə həyata keçirilən test imtahanlarının apellyasiya müraciətləri bu gün saat 11:00-dan etibarən qəbul olunacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}