Narkotikə görə daha 15 nəfər saxlanılıb - Fotolar
Tarix: 15-07-2022 11:40 | Bölmə: Cəmiyyət
Narkotikə görə daha 15 nəfər saxlanılıb

Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və qanunazidd əməllə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reyting.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən insan sağlamlığına ciddi təhlükə törədən zərərli maddə və vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı son 15 gün ərzində keçirilən silsilə əməliyyat tədbirləri nəticəsində 15 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddələr, eləcə də marixuana və çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı onların hər biri narkomaniyanın qurbanına çevrildiklərini və bu əməldən peşman olduqlarını səmimi etiraf ediblər.

Saxlanılan şəxslərdən 8-i barəsində şəhər məhkəməsi tərəfindən həbs, 7-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}