13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 15-07-2022 12:38 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 16-da hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq