16:39 / 28-11-2024
Sabah qar yağacaq
“Yüksəliş” müsabiqəsinin final mərhələsi başlayıb
Tarix: 15-07-2022 15:00 | Bölmə: Cəmiyyət
“Yüksəliş” müsabiqəsinin final mərhələsi başlayıb

“Bakı Ekspo Mərkəzi”ndə “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib.

Reyting.az
xəbər verir ki, final mərhələsi çərçivəsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda idarəçi rəhbərlərin çıxışı baş tutub.

Panel müzakirələrinin I hissəsini Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Rövşən Nəcəf, II hissəsini isə Prezidentin xüsusi nümayəndəsi və I vitse-prezidentin köməkçisi Emin Hüseynov, “Paşa Holdinq” MMC-nin baş icraçı direktoru Cəlal Qasımov, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov aparıb. Müzakirələrdə I “Yüksəliş” müsabiqəsinin qalibləri də iştirak edib.

İdarəçi rəhbərlər çıxışlarında müsabiqənin yeni nəsil idarəçilərini, liderlik müstəvisində proqressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarları aşkara çıxarmaqda, onların potensialını lazımi sahələrə yönləndirməkdə, eyni zamanda, peşəkar kadrların dəyərləndirilməsi və dəstəklənməsi baxımından ölkəmiz üçün əhəmiyyətli layihə olduğunu vurğulayıblar.

Panel müzakirələri çərçivəsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunun gündəmə gətirilməsinin əsas məqsədi müsabiqənin finalçılarına peşəkar idarəçilərin təcrübələrini dinləmək imkanı yaratmaq, idarəetmə sistemində yeni yanaşmaların, səmərəli insan kapitalının yetişdirilməsinin əhəmiyyətini vurğulamaq olub.

Müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” formatında keçirilir. Bu təcrübə ölkəmizdə imtahan sistemində ilk dəfə tətbiq edilir. ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılan bu format böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər