16:39 / 28-11-2024
Sabah qar yağacaq
Dənizdə boğulan iki nəfərin meyiti tapılıb
Tarix: 17-07-2022 13:46 | Bölmə: Cəmiyyət
Dənizdə boğulan iki nəfərin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1982-ci il təvəllüdlü Rəhimov Samir Rəhim oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan vətəndaşın (şəxsiyyəti dəqiqləşdirilir) axtarışları başa çatıb.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər