16:39 / 28-11-2024
Sabah qar yağacaq
Bir qəsəbədən eyni gündə 58 nəfər xəstəxanaya müraciət edib - Yenilənib
Tarix: 19-07-2022 09:49 | Bölmə: Cəmiyyət
Bir qəsəbədən eyni gündə 58 nəfər xəstəxanaya müraciət edib

Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə 58 nəfər xəstəxanaya müraciət edib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 41 nəfəri yetkinlik yaşına çatmayan olmaqla 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.

Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub, onlara ilkin müdaxilə edilib və evə buraxılıblar.

Həmin şəxslərin xəstəxanaya müraciət etmələrinin səbəbinin içməli su olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə xəstəxanaya müraciət edən 58 nəfərin səhhəti ilə bağlı açıqlama verib.

Qurumdan bildiriblər ki, ümumilikdə 58 nəfər xəstəxanaya müraciət edib ki, onlardan da 38 nəfəri uşaq olub:

“Müraciət edənlərin hər birinə ilkin təcili tibbi yardım göstərilib. Daha sonra onlar ambulator müalicə üçün evə buraxılıblar”.

Qeyd edək ki, Şəkidə məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.

Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər