Havanın temperaturu tədricən aşağı enəcək, yağış yağacaq
Tarix: 20-07-2022 13:16 | Bölmə: Cəmiyyət
Havanın temperaturu tədricən aşağı enəcək, yağış yağacaq

Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək.

Reyting.az
Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, şimal-qərb küləyi 15-20 m/s, 20-22-də isə arabir 23-28 m/s olacaq. Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.

Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}