16:39 / 28-11-2024
Sabah qar yağacaq
Səhiyyə Nazirliyindən xəbərdarlıq: "Koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir”
Tarix: 20-07-2022 15:09 | Bölmə: Cəmiyyət
Səhiyyə Nazirliyindən xəbərdarlıq: "Koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir”

“Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq. Çünki bir müddət əvvəl epidemioloji vəziyyət nəzarət altında idi”.

Reyting.az
xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, bunun Azərbaycana da təsiri olacaq: “Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu gözlənilən haldır”.

Eyvazov bildirib ki, “Delta” ştamı əvvəlki mutasiyalardan fərqli olaraq daha yoluxucu və ağır fəsadlar verirdi: "Bu variantda insanların xəstəliyi daha ağır keçirdiyini vurğulayan infeksionist qeyd edib ki, hazırda bu ştama demək olar ki, rast gəlinmir. Bu gün əsas “Omikron” ştamının növləri gündəmdədir".

Onun sözlərinə görə, insanlarda yaranan kütləvi immunitetin zamanla zəifləməsi, yeni ştamın meydana çıxması bugünkü vəziyyətə səbəb olur: “Bu da təbiidir. Çünki “Omikron” ştamı sürətlə yayılır”.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər