Prokurorluğun 6 əməkdaşı məsuliyyətə cəlb edilib
Tarix: 20-07-2022 15:50 | Bölmə: Cəmiyyət
Prokurorluğun 6 əməkdaşı məsuliyyətə cəlb edilib

2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 6 nəfər intizam məsuliyyətinə cəlb edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Bakı şəhər prokuroru Elşən Abbasov 2022-ci ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.

Hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb: "2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 6 nəfər intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2 nəfərə töhmət, 1 nəfər şiddətli töhmət verilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər prokurorluq orqanlarından xaric edilib".(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}