16:39 / 28-11-2024
Sabah qar yağacaq
Məhkəmənin bəraət verdiyi şəxs həbs edilib
Tarix: 20-07-2022 16:30 | Bölmə: Cəmiyyət
Məhkəmənin bəraət verdiyi şəxs həbs edilib

Bərdədə məhkəmənin bəraət verdiyi şəxs həbs edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat ayıb.

Bildirilib ki, 10.02.2022-ci il tarixdə Bərdə rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxsə bəraət hökmü verilib.

Həmin hökmdən dövlət ittihamçısı tərəfindən 15.02.2022-ci il tarixdə apellyasiya protesti verilib.

Gəncə Apellyasiya Məhkəməsinin bugünkü (iyulun 20-də) hökmü ilə protest təmin edilib, sözügedən şəxs təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və dərhal məhkəmə zalında həbs olunub.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər