Keçmiş məmurun məhkəməsi başlayır
Tarix: 21-07-2022 09:44 | Bölmə: Cəmiyyət
Keçmiş məmurun məhkəməsi başlayır

Korrupsiya ittihamı ilə saxlanılan Göyçay Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Rəşad Şükürovla bağlı istintaq tamamlanıb.

Reyting.az
xəbər verir ki, R. Şükürovun barəsindəki cinayət işi üzrə materiallar toplanaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R. Şükürov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bu ilin aprelində saxlanılsa da, may ayında ev dustaqlığına buraxılmışdı.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Şükürova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, rayonun icra başçısı Mehdi Səlimzadə də bir müddət əvvəl işdən çıxarılıb. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qurumda yoxlamalara başlanılıb. Bir neçə vəzifəli şəxs dindirilib. Başçının köməkçisi Vahid İsayev də həbs edilib və daha sonra ev dustaqlığına buraxılıb.(Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}