Gürcüstanda 20 yaşlı qızı qaçıran azərbaycanlılar saxlanılıb
Tarix: 21-07-2022 15:26 | Bölmə: Cəmiyyət
Gürcüstanda 20 yaşlı qızı qaçıran azərbaycanlılar saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin əməkdaşları qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə iki azərbaycanlını saxlayıb.

Bu barədə Gürcüstan DİN-nin məlumatında bildirilib.

Qeyd olunub ki, aparılan operativ istintaq tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş N. N və 1977-ci il təvəllüdlü R. M saxlanılıb.

Bildirilib ki, istintaq nəticəsində saxlanılan şəxslərin 2002-ci il təvəllüdlü F.O-nu evlənmək məqsədilə qanunsuz olaraq azadlıqdan məhrum etdiyi müəyyən edilib.

Məlumatda o da qeyd olunub ki, intensiv əməliyyat axtarış tədbirləri nəticəsində qaçırılan qızın yeri müəyyənləşdirilib.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrumetmə maddəsi üzrə cinayət işi açılıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}