14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Cəlilabadda iki nəfər qətlə yetirilib
Tarix: 22-07-2022 09:28 | Bölmə: Cəmiyyət
Cəlilabadda iki nəfər qətlə yetirilib

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də saat 04 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitlərinin tapılması barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalarla hadisəni törətmiş Könül Şahmarovanın qaynı, Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}