Prokurorluğun 13 işçisi cəzalandırılıb
Tarix: 22-07-2022 12:18 | Bölmə: Cəmiyyət
Prokurorluğun 13 işçisi cəzalandırılıb

2022-ci ilin birinci yarımilində prokurorluğun 13 işçisi cəzalandırılıb.

Bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.

Geniş kollegiya iclasında diqqətə çatdırılıb ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.

Qeyd olunub ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 9-u Baş Prokurorluğun İntizam Komissiyasında, 4-ü isə Etik Davranış Komissiyasında baxılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}