14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Bakıda güclü külək əsəcək, rayonlara yağış yağacaq - Xəbərdarlıq
Tarix: 26-07-2022 13:12 | Bölmə: Cəmiyyət
Bakıda güclü külək əsəcək, rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında iyulun 28-dən 29-u səhərədək şimal-qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s olacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Azərbaycanın rayonlarında iyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-18 m/s, 28-də bəzi yerlərdə arabir 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}