Balakəndə ər 21 yaşlı arvadını öldürüb
Tarix: 27-07-2022 16:16 | Bölmə: Cəmiyyət
Balakəndə ər 21 yaşlı arvadını öldürüb

Balakəndə kişi 21 yaşlı arvadını qətlə yetirib.

Reyting.az
Baş Prokurorluğun Mətbuat Xidmətin istinadla bildirir ki, iyulun 27-də Balakən rayon sakini, 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov şübhəli şəxs qismində tutulub.




Bölməyə aid digər xəbərlər