AMEA-da prezident seçkiləri nə vaxt keçiriləcək? - Açıqlama
Tarix: 29-07-2022 12:47 | Bölmə: Cəmiyyət
AMEA-da prezident seçkiləri nə vaxt keçiriləcək?

Prezidentin müvafiq Fərmanına əsasən, 3 ay müddətində AMEA-nın nizamnaməsi hazırlanmalıdır və nizamnamə hazırlandıqdan sonra buna uyğun olaraq AMEA-da prezident seçkisi keçiriləcək.

Bu barədə AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov açıqlama verib.

Akademik xatırladıb ki, Akademiya yarandığı gündən bəri prezident Ümumi Yığıncaqda seçilir: “Bugünkü iclasda Nizamnamə komissiyasına görüləcək işlər barədə tapşırıqlar verildi. Nizamnamə hazırlananda akademiyanın tarixi ənənələri yəqin ki, olduğu kimi saxlanılacaq”/APA.




Bölməyə aid digər xəbərlər