22:18 / 11-11-2025
Türkiyənin hərbi təyyarəsi qəzaya uğrayıb - Əliyev Ərdoğana başsağlığı verib - (Yenilənib)
20:48 / 11-11-2025
Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyir
18:59 / 11-11-2025
Əli Əsədov İrakli Kobaxidzeyə zəng edib
18:48 / 11-11-2025
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb
12:45 / 11-11-2025
Ən uzun çayların yeni siyahısı tərtib olunub
12:24 / 11-11-2025
Zukerberqin qeyri-qanuni məktəbini bağlayıblar
12:13 / 11-11-2025
Yeni avtomobil dünya rekordu qazanıb
10:59 / 11-11-2025
Rusiyalı milyarder və arvadı qətlə yetirilib
09:47 / 11-11-2025
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır
23:09 / 10-11-2025
Neftçala bazarında baş verən yanğın söndürülüb
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
15:55 / 10-11-2025
Toy karvanında ağır qəza: ölən və yaralı var - Foto
13:00 / 10-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
11:39 / 10-11-2025
Dönərdən 7 nəfər zəhərlənib
11:38 / 10-11-2025
Bakıda ər arvadını balta ilə öldürüb, sonra özünü asıb
09:06 / 10-11-2025
Azərbaycan ərazisində zəlzələ olub
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
16:24 / 09-11-2025
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
16:15 / 09-11-2025
Ən varlı ölkələr - Siyahı
15:58 / 09-11-2025
İtkin düşən 17 yaşlı şəxs tapılıb - Foto
15:52 / 09-11-2025
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
14:18 / 09-11-2025
Sabahın hava proqnozu açıqlanıb
10:00 / 09-11-2025
Prezident hərbi paradla bağlı paylaşım edib - Video
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
20:17 / 08-11-2025
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
20:00 / 08-11-2025
Azərbaycan Ordusu regionda ön sıradadır - Fotolar
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
15:40 / 08-11-2025
Prezident: Qarabağ və Şərqi Zəngəzur dirçəlir
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
14:55 / 07-11-2025
“Lukoil” Azərbaycandakı yataqları tərk edəcək - Səbəb
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
00:04 / 08-11-2025
Azərbaycanda Zəfər Günüdür
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
20:50 / 07-11-2025
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
Məşhur həkimin nəvəsinin ölümü ilə bağlı şikayəti nəticəsiz qalıb
Tarix: 04-08-2022 17:48 | Bölmə: Cəmiyyət

Azərbaycan Tibb Universitetinin dosenti, ixtiraçı-alim, tanınmış həkim Zeyqəm Süleymanov Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, professor Ədalət Həsənovun ədalətsizliyindən və onun əməkdaşlarının məqsədyönlü şəkildə etinasız münasibətindən narazıdır.
Reyting.az-ın “Bizim.Media”ya istinadla verdiyi xəbərə görə, Zeyqəm Süleymanov bildirib ki, 12 avqust 2020-ci il axşam saat 8-9 radələrində gözləmədikləri halda yaşadıqları evə gəlininin anası, dayısı, dayısı arvadı və anasının dayısı oğlu basqın edirmiş kimi gəliblər.
Oğlan uşağına 7-8 aylıq hamilə olan gəlinini və 1 yaş 3 aylıq qız nəvəsini heç bir əsas olmadan, müxtəlif böhtan (qızları daha bu evdə yaşaya bilməzmiş, biz onu ailəlikcə incidirmişik, əri onu döyürmüş, atasını söyürmüş) və digər bəhanələrlə yaşadıqları evdən aparıblar.
Gedərkən gəlin bütün əşya-geyim və sənədləri götürərək həm ərinin, həm də onun ailə üzvlərinin telefonlarını bloklayıb.
Avqustun 12-dən 13-nə keçən gecə gəlində dölyanı suyun axması baş verib və o, yalnız gündüz saat 10-12 radələrində Respublika Kliniki Xəstəxanasının doğum və “Şüa-Diaqnostika” şöbələrinə müraciət edib.
Həkimlər tərəfindən özü və bətnindəki uşaq müayinə olunub. Müayinə protokolunda, ana bətnindəki uşağın inkişafının hamiləliyin müddətinə uyğun olaraq görünüb və uşağın həyati təhlükəsi olmayıb.
Ultrasəs müayinəsində uşağın ürək döyüntüləri, beyni, inkişafı, təxmini çəkisinin normal olduğu, yalnız dölyanı suyun azaldığı müşahidə edilib. Amma su şəffaf olub, yəni o dövrdə infeksiyalaşma hələ baş verməyib.
Bununla belə, dölyanı su açıldığına görə anaya yataq şəraitində müalicə olunması tövsiyə olunub (bunu gəlin müstəntiqə verdiyi izahatında da qeyd edib), stasionar müalicədən imtina edən gəlinə müvafiq müalicə yazılıb.
Müalicə nəticəsində dölyanı suyun axması kəsilməsə də, gəlin bu barədə həkimə məlumat verməyib və suyun axması davam edə-edə dayısı evində həkim nəzarəti olmadan qalıb.
Avqustun 19-da gecə saat 8-9 radələrində gəlində uşaqlıq qanaması baş verib və o, səhlənkarlıq edərək yalnız saat 23:37-də müalicəni təyin etmiş həkimə zəng vurub, qanaması olduğunu bildirib (araşdırma sənədləri arasında bunların sübutu var).
Beləliklə, avqustun 20-də saat 00:55-də 32 həftəlik oğlan uşağı cərrahi müdaxilə ilə doğulub və doğularkən koma vəziyyətində olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Avqustun 21-də icra olunmuş neyrosonoqrafiya müayinəsi zamanı “Uşaqda beyin şırımı və beyin qırışları aydın görünmür, periventrikulyar ödem və qansızma I dərəcə izlənir. Abdominal müayinə zamanı hər iki böyrəklər normaldır, öd kisəsi möhtəviyyatı qatılaşmış izləndi”- diaqnozu verilib.
Baş verən bütün bu hadisələr uşağın atasından və onun həkimlərdən ibarət olan ailədən 34 saat ərzində gizlədilib. Reanimasiya şöbəsi həkimlərinin bütün səylərinə baxmayaraq, uşaq 9 gün sonra xəstəxanada ölüb.
Acınacaqlı fakt və tərəflər...
Ortada acınacaqlı bir fakt var... Bu, məsum bir körpənin ölüm faktıdır. Tərəflər də var. Birinci tərəf hər cür qayğı ilə əhatə olunmuş və bətnində sağlam uşaq daşıyan, lakin mənasız bir kaprizə görə ər evindən getmək istəyən ana, ikinci tərəf hamilə qadını israr və təkidlə ər evindən aparanlar, üçüncü tərəf isə məsum uşağın həyatı uğrunda mübarizə aparan həkimlərdir.
Z. Süleymanovun iddiasına görə, bu acınacaqlı faktın, yəni məsum uşağın ölümünə bilərəkdən və ya bilməyərək səbəbiyyət verənlər bu tərəflərdən biridir: “Çünki uşaq ata evində ikən sağlam olub. Bunu ertəsi günü həyata keçirilən müayinələr sübut edir. Deməli, məsum körpənin ölümünün səbəbkarını qarşı tərəflər arasında axtarmaq lazımdır, burada başqa bir ehtimal yoxdur”.
Səbəbkar axtarışı və müraciət olunmuş qurum...
Z. Süleymanov nəvəsinin ölümünün səbəbkarı kimdir,- sualına cavab tapmaq üçün Yasamal Rayon Prokurorluğuna müraciət edib. İlk müraciət 2020-ci ilin sentyabr ayının 3-də, uşağın ölümündən cəmi bir neçə gün sonra olunub. İlk müraciət nəticə verməyib.
Şikayətçiyə uzun-uzadı izah olunub ki, ölkəmizdə komatoz vəziyyətdə doğulan və sonra ölən uşaq üçün ananı məsuliyyətə cəlb etmək praktikası və uyğun qanun maddəsi yoxdur.
Yasamal Rayon Prokurorluğuna 2021-ci ilin noyabr ayında ikinci müraciət olunub. Bundan sonra hadisə daha ciddi şəkildə araşdırılmağa başlanılıb və iş materialları rəy üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.
Cavab olaraq 28.03.2022-ci il tarixli KEŞ 130 nömrəli ekspert rəyində göstərilib ki, həkimlər tərəfindən qoyulmuş “Erkən doğulmuş uşaq, Tənəffüs pozulması sindromu, Periventrikulyar ödem, Qansızma və Bətndaxili infeksiya” diaqnozları düzgün qoyulub və yenidoğulmuş uşağa göstərilən tibbi yardımlar onun vəziyyətinə uyğun olub.
Verilmiş bu rəyə əsaslanan müstəntiq 31 mart 2022-ci il tarixli qərarı ilə 36-C-22 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlamasını rədd edib.
Bu sualın cavabı niyə gizlədilir?
Şikayətçi israrla cavab almaq istədiyi sualın cavabının ortada olmadığını vurğulayıb:
“İlk baxışda hər şey məntiqi görünür, lakin gözdən qaçıbmı, əhəmiyyətmi verilməyib, yoxsa bilərəkdənmi toxunulmayıb o suala? Necə olub ki, avqustun 13-də normal vəziyyətdə olan və həyati təhlükəsi olmayan 31 həftəlik döl bir həftə ərzində ana bətnində komatoz vəziyyətə düşüb? Həkim günahı yoxdursa, kimdir günahkar sualının cavabı niyə yoxdur? Həm də bu sualın cavabını tanınmış alim-həkim tələb edirsə, niyə görməzlikdən gəlinir? Bu bir təsadüfdürmü?”
Prokurorluq qarşısında qoyduğu sualların cavabını ala bilməyən Zeyqəm Süleymanov ekspertlərə məsuliyyət daşıdıqlarını yazılı şəkildə xatırladaraq çətinliklə də olsa işin təkrar ekspertizaya göndərilməsinə nail olub və bu dəfə ekspertlər qarşısında qoyulan sualları müstəntiq daha peşəkarcasına 5 qrup şəklində tərtib edib.
“Məhkəmə icraçılarına təsir edən əl var...”
Şikayətçi qeyd edib ki, ekspertlər Cavid Cahangirli, Minurə Kazımova və Aynur Fərzəliyevanın imzası ilə ona 2022-ci il iyulun 4-də gəlinmiş 5 bənddən ibarət nəticə təqdim edilib:
“Bütün məsələlərə aydınlıq gətirilib. Yalnız 13.08.2020-ci il tarixindən sonra dölyanı suyun axmağa davam etməsinə baxmayaraq həkimə getməmək və ona hətta xəbər verməmək, (hüquqi dildə - hərəkətsizlik) həmçinin 19.08.2020-ci il tarixində saat 21 radələrində başlayan qanama ilə həkimə gec müraciət etməklə (23:37) uşağın komatoz vəziyyətdə doğulması arasında səbəbli əlaqə vardırmı?” sualı yenə cavabsız qalıb.
Bu yenə də təsdüfdürmü? Xeyr! Hadisənin davamı göstərir ki, ortada ekspertlərə, Lənkəran Qəyyumluq və himayəçilik komissiyasına, məhkəmələrə (Lənkəran Rayon və Şirvan Apellyasiya), həmçinin Lənkəran Rayon Məhkəmə icraçılarına təsir edən bir əl var, sahibi görünmür, amma bu əlin fəaliyyəti aktiv şəkildə hiss edilir.
“Burada mən, Bağdadda kor xəlifə...”
Həkim Zeyqəm Süleymanov deyir ki, hamiləliyin son dövrlərində ortaya çıxan erkən doğuş əlamətləri bilavasitə Patoloji doğum şöbəsində stasionar müalicəsi üçün bilavasitə göstərişdir.
Bu qaydaya əməl olunmadığı və dölyanı suyun kəsilmədiyi səbəbindən uşaq ananın bətnində köməksiz vəziyyətdə qalıb:
“Uşağın tibbi müalicəyə və tibbi yardıma ehtiyacı olsa da, nə həkimə gediblər, nə də suyun dayanmadığını həkimə xəbər verməyiblər. Bir sözlə uşağı ölümə tərk ediblər. Maddi sıxıntıdanmı, yoxsa acıqlamı etdilər – bilmirəm, ancaq görünən odur ki, ya bilərəkdən, ya da bilməyərəkdən ölümə səbəbiyyət veriblər.
Bu isə cinayətdir. Azərbaycan Respublikasının da tərəfdar olduğu Beynəlxalq konvensiyaya görə “uşaq fiziki və əqli cəhətdən yetkin olmadığına görə istər doğulmamışdan əvvəl, istərsə də doğulduqdan sonra xüsusi qayğı tələb edən bir varlıqdır”. Yəni ana qarnındakı uşağa istədiyi kimi davrana bilməz. Əgər istədiyi kimi yanaşıb, onu kamatoz vəziyyətə salırsa, burada ananın məsuliyyəti var və ana onu dərk etməlidir.
Ekspertiza onu gizlədirsə, o qadın “burada mən, Bağdadda kor xəlifə deyib” istədiyini edəcək. Heç kim onun önünü kəsə bilməz. Nə yazıq ki, belə də oldu...”
“40 illik həkimlə bu cür rəftar edirlərsə, sıravi vətəndaşlar nə gündə olar?”
Heç kimə sirr deyil ki, “Prokurorluqda qəbul edilmiş qərarın ləğv olunmasına nail olmaq və yeni ekspertiza təyin etdirmək heç də asan proses deyil. Bununla belə təkrar ekspertizada ekspertlərin qoyulan sualdan təkrarən yayına bilməsi də asan məsələ deyil və həm də qarşılarında 40 illik təcrübəli və bilikli həkim varsa”, - deyə dosent əlavə edib.
Məsələ ilə bağlı Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəhbəri Ədalət Həsənovla dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verməyib.
Məlumat üçün bildirək ki, Zeyqəm Süleymanov tanınmış alim-həkim olmaqla yanaşı həm də Azərbaycanın ağır günlərində aktiv siyasi fəaliyyətlə məşğul olmuş şəxsdir.
Ermənilərin Şuşanın, paralel olaraq Sədərək körpüsünün işğalı ərəfəsində Naxçıvana erməniləri caydırıcı qurğuların gətirilməsində və Sədərək körpüsünün işğalı planının pozulmasında Zeyqəm Süleymanovun da əməyi var. Zeyqəm Süleymanov 2000-ci illərdə AMİP-in qeyri-konstruktiv siyasi xəttinə etiraz olaraq partiyanı və onun Siyasi Şurasını tərk edib.
2003-cü il Prezident seçkiləri, 2005-ci il parlament seçkiləri zamanı ölkəmizi xaosa çəkmək istəyənlərin qarşısında cəsarətlə dayanıb.
Bundan əlavə “Lider” televiziyası ilə əməkdaşlıq edib, həm də ciddi siyasi-analitik məzmunlu məqalələrlə mətbuat səhifələrində sözünü deyib. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun Azərbaycan dövlətçiliyi üçün nə qədər vacib olduğunu dəfələrlə kəskin məntiqi ilə siyasi oponentlərinə isbat edib.
Qeyd edək ki, problem yalnız bundan ibarət deyil, ortada daha dəhşətli faktlar var və mövzunu diqqətdə saxlayacağıq...
Bölməyə aid digər xəbərlər

Dünən, 23:09
Neftçala bazarında baş verən yanğın söndürülüb
Dünən, 13:00
Sabah hava necə olacaq? - Proqnoz
9-11-2025, 14:18
Sabahın hava proqnozu açıqlanıb
7-11-2025, 17:38
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
7-11-2025, 14:10
DOST mərkəzləri bayram günlərində fəaliyyət göstərməyəcək
7-11-2025, 14:04
Qumar oyunlarını reklam edən 17 nəfər saxlanılıb
7-11-2025, 12:08
Sabah hava necə olacaq? - Proqnoz
7-11-2025, 08:54
Yeni texnologiya: "Superağıl" süni intellekti üstələyəcək
7-11-2025, 07:42
Trampın bəyanatını eşidən şirkət rəhbəri huşunu itirib
6-11-2025, 17:29
Moskva məhkəməsi azərbaycanlı qardaşlara hökm oxuyub
6-11-2025, 17:16
Regional Təhsil İdarəsinin müdir müavini yeni vəzifəyə təyinat alıb
6-11-2025, 13:03
İmtahanlara müdaxilə edən şəxslərin cinayət işi məhkəməyə göndərilib
6-11-2025, 12:20
Sabah hava necə olacaq? - Proqnoz
6-11-2025, 11:36
Eldar Əzizov rəisi vəzifədən azad edib
6-11-2025, 11:13
Meyxanaçı Vahid Qədim sevgilisini bıçaqlayıb
6-11-2025, 08:29
Dünyada ən çox meşə sahəsinə malik ölkələr... - Siyahı
5-11-2025, 18:03
Bu gün Super Ay hadisəsi müşahidə olunur
5-11-2025, 17:52
"Baza otel spa" adlı otelin müdiri saxlanılıb
5-11-2025, 15:34
Qayıqda 2 tona yaxın kokain tutulub - Video
5-11-2025, 15:01
Beş il ərzində smartfonlar dövriyyədən çıxacaq
5-11-2025, 12:48
Sabah yağışlı hava olacaq - Proqnoz
5-11-2025, 12:44
Bakıda NATO kursu keçirilir
5-11-2025, 08:48
Fili tək əli ilə qaldıra bilən əzələ nümayiş etdirilib
4-11-2025, 17:15
“Azəriqaz”ın direktor müavininin bacanağına hökm oxunub
4-11-2025, 16:29
Təhsil müəssisələrində iş və istirahət günlərinin yeri dəyişib
4-11-2025, 16:13
Metroda yeni ödəniş qaydası tətbiq olunur
4-11-2025, 11:46
Tehran şəhərinin su ehtiyatı tükənir
4-11-2025, 09:15
Kainatla bağlı yeni tədqiqatlar aparıblar
4-11-2025, 08:43
Dekabrın 15-i “Ümumdünya Türk Dilləri Ailəsi Günü”dür
3-11-2025, 15:53
Prokurorluğa qəbulla bağlı müsabiqə keçiriləcək
3-11-2025, 15:20
Vəzifəli şəxs rüşvət ittihamı ilə həbs edilib
3-11-2025, 14:21
Süni intellekt "YouTube" platformasına hücum edib?
3-11-2025, 12:49
Sabah hava necə olacaq? - Proqnoz
3-11-2025, 12:23
Bakıda və rayonlarda leysan gözlənilir - Xəbərdarlıq
3-11-2025, 09:58
Prezidentin Təhlükəsizlik Xidmətində dəyişiklik olub
3-11-2025, 09:19
Əfqanıstandakı zəlzələ Qazaxıstanda da hiss olunub
2-11-2025, 13:04
Sabah yağış yağacaq
1-11-2025, 17:27
Oğlunu azad torpaqlarda, dalğalanan bayraqda görən ana
1-11-2025, 12:47
Sabah hava necə olacaq? - Proqnoz
31-10-2025, 20:21
Rey Kərimoğlu: Layihəmiz yekunlaşsa da, işlərimiz davam edəcək - Fotolar
31-10-2025, 18:00
Polis sürət qatarına daş atan yeniyetmələri müəyyən edib
31-10-2025, 17:44
Noyabrda hava necə olacaq? - Aylıq proqnoz
31-10-2025, 14:34
Altı milyon il əvvəlin buzu tapılıb

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək