10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Sabahın hava proqnozu açıqlanıb
Tarix: 05-08-2022 12:45 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 21-26° isti, gündüz 30-34° isti, Bakıda gecə 24-26° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}