16:39 / 28-11-2024
Sabah qar yağacaq
Bölmə rəisi qəza törədib, ölən var
Tarix: 08-08-2022 09:45 | Bölmə: Cəmiyyət
Bölmə rəisi qəza törədib, ölən var

Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.

Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Araşdırma aparılır.

Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqlənib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər