İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan dərhal geri qayıdıb
Tarix: 25-12-2024 12:59 | Bölmə: Gündəm
İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan dərhal geri qayıdıb

Bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Azərbaycan prezidenti İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə qərar verib.

Reyting.az
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verib.

Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər