10:46 / 20-10-2025
Su anbarında meyit tapılıb
MN: "Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək"
Tarix: 20-10-2025 10:00 | Bölmə: Gündəm
MN: "Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək"

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, 20-24 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.




Bölməyə aid digər xəbərlər