07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
Hacıyev: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri vahid "6-lıq" modelini formalaşdırır
Tarix: 21-10-2025 11:05 | Bölmə: Gündəm
Hacıyev: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri vahid "6-lıq" modelini formalaşdırır

Son aylarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkmənistan, Tacikistan və Qazaxıstana səfərlər edib. Hazırda Qazaxıstana dövlət səfərindədir.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımda qeyd edib.

H. Hacıyev yazıb ki, əvvəllər Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin münasibətləri “5+1” formulu ilə təsvir edilirdisə, bu gün həmin konsepsiya riyazi ifadədən çıxaraq siyasi və tarixi reallığa çevrilib.

H. Hacıyev bildirib ki, artıq bu münasibətlər vahid "6-lıq" modelini formalaşdırır: “Bu, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil yaxınlığına əsaslanan inteqrasiyanın dərinləşməsini və ortaq taleyi əks etdirən geosiyasi vahidliyin təzahürüdür”.




Bölməyə aid digər xəbərlər