16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
Tufan Erhürman Şimali Kipr Türk Respublikasının yeni prezidentidir
Tarix: 20-10-2025 08:25 | Bölmə: Gündəm
Tufan Erhürman Şimali Kipr Türk Respublikasının yeni prezidentidir

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkilərinin ilk turunda Cümhuriyyət Türk Partiyasının (CTP) lideri Tufan Erhürman qalib gəlib.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu ŞKTR Mərkəzi Seçki Komissiyasının sədri Bertan Özerdağ ilkin nəticələrə istinadla elan edib.

Cümhuriyyət Türk Partiyasının lideri bazar günü keçirilən seçkilərdə səslərin 62,76 faizini qazanıb.

Qeyd edək ki, ŞKTR-də budəfəki prezident seçkiləri sayca doqquzuncudur. Erhürman seçkidən sonra verdiyi ilk açıqlamasında sülh, ədalət və demokratik dəyərlərin qorunacağını, Türkiyə ilə strateji əməkdaşlığın davam etdiriləcəyini bildirib: “Biz Kipr türklərinin hüquq və ləyaqətini qoruyaraq, daha ədalətli və dinc gələcəyə doğru addımlayacağıq”.

1970-ci ildə Lefkoşada anadan olan Tufan Erhürman 1992-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirib və həmin universitetdə elmi işçi vəzifəsində çalışıb. O, 2018-ci ildə yaradılan koalisiya hökumətində baş nazir olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər